Dörd ölkə neft hasilatını azaltmağı daha 3 ay uzatdılar

Bildirilib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupuna daxil olan Səudiyyə Ərəbistanı və Küveyt neft hasilatının azaldılmasını daha 3 ay müddətinə uzatmaq qərarına gəliblər

2110418
Dörd ölkə neft hasilatını azaltmağı daha 3 ay uzatdılar

 

  Səudiyyə Ərəbistanı, Əlcəzair və Küveytin könüllü olaraq neft hasilatını azaltmasını daha 3 ay uzadacaqları açıqlanıb.

  Bildirilib ki, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və bəzi qeyri-OPEC ölkələrindən ibarət OPEC+ qrupuna daxil olan Səudiyyə Ərəbistanı və Küveyt neft hasilatının azaldılmasını daha 3 ay müddətinə uzatmaq qərarına gəliblər.

  Səudiyyə Ərəbistanı Energetika Nazirliyindən bildirilib ki, fasilə iyunun sonuna qədər uzadılıb və hasilatı sutkada 9 milyon barel olacaq.

  Əlcəzair Energetika Nazirliyindən verilən açıqlamada da neft hasilatının kəsilməsi ilə bağlı məlumat verilib: ölkənin gündəlik neft hasilatını 51 min barrel azaltması və gündəlik hasilatın 908 min barrel olması gözlənilir.

  Küveyt Xəbər Agentliyi (KUNA) könüllü kəsimin iyun ayının sonuna qədər uzadılacağını və 135 min barrel azaldılaraq gündəlik 2 milyon 413 min barrel neft hasil ediləcəyini yazıb.

  Rusiya baş nazirinin müavini Aleksandr Novak da ölkəsinin bu ilin ikinci rübündə könüllü neft hasilatı və ixracını gündəlik 471 min barrel azaldacağını açıqlayıb.



Әlaqәli Xәbәrlәr