Rusiya tank və PUA istehsalını artırır

Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun açıqlamasına görə ...

2106147
Rusiya tank və PUA istehsalını artırır

 

  Rusiya Federasiyasının müdafiə naziri Sergey Şoyqunun açıqlamasına görə, 2023-cü ildə Rusiya ordusunda istifadə edilən pilotsuz təyyarələrin sayı 17, tanklar isə 6 dəfə artırılıb. Bundan əlavə, həm artilleriya, həm də təyyarə mərmilərinin sayı 17,5 dəfə çoxaldılıb.

  S.Şoyqu bildirib: “Bu, əlbəttə ki, gələcəyə inamla baxmağa imkan verir. Lakin hədəflərimizə hələ var.

  2023-cü ildə Rusiya Silahlı Qüvvələrinə müqavilə əsasında 540 mindən çox hərbçi cəlb edilib. Bu, 6 diviziyadan ibarət ehtiyat ordunun yaradılmasına imkan verir. Qüvvələrimiz güclü qüvvə birliyi təşkil edən, yaxşı təlim keçmiş peşəkar birliklərdir. 2024-cü ilin əvvəlindən 50 minə yaxın şəxs müqaviləli hərbi xidmətə daxil olub və onların sayı artmaqda davam edir.

  Ukrayna Silahlı Qüvvələri 2023-cü ilin yayından başlayan əks-hücum zamanı Rusiya ordusunun ilk müdafiə xəttinə belə keçə bilməyib. Müdafiə xəttinin 80 faizi mühəndislər və dəmiryol bölmələri tərəfindən tikilib”.

  Qeyd edək ki, Ukrayna tərəfi Rusiyanın əks-hücuma hazırlaşarkən geniş ərazilərə çoxsaylı minalar qoymasından şikayət etmişdi. Rusiya müdafiə xəttinin minalanmış sahələrlə əhatə olunması Ukrayna əməliyyatını pozan əsas səbəblərdən biri kimi göstərilir.



Әlaqәli Xәbәrlәr