İstanbula gələn xarici turistlərin sayı artıb

2023-cü ildə İstanbula gələn turistlərin sayı son 10 ildə 66 faiz artaraq 17 milyon 370 minə çatıb.

2106067
İstanbula gələn xarici turistlərin sayı artıb

2023-cü ildə İstanbula gələn turistlərin sayı son 10 ildə 66 faiz artaraq 17 milyon 370 minə çatıb.

Vilayət Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, 2013-cü ildə şəhəri 10 milyon 474 min 867 xarici turist ziyarət edərkən, keçən il bu rəqəm 17 milyon 370 min 30 olaraq qeyd edildi. Belə ki, son 10 ildə şəhərə gələn turistlərin sayı 66 faiz artıb.

İstanbula 2014-cü ildə 11 milyon 842 min 983, 2015-ci ildə 12 milyon 414 min 677, 2016-cı ildə 9 milyon 203 min 987, 2017-ci ildə 10 milyon 840 min 595, 2018-ci ildə 13 milyon 432 min 990, 2019-cu ildə 14 milyon 906 min 663, 2020-ci ildə 5 milyon 1981, 2021-ci ildə 9 milyon 25 min 4, 2022-ci ildə 16 milyon 18 min 726 turist gəlib.



Әlaqәli Xәbәrlәr