“Türkiyə Səudiyyə Ərəbistanına turizm hədəflərinə çatmağa kömək edə bilər”, M.Şimşək

İstanbulda keçirilən Türkiyə-Səudiyyə Ərəbistanı İnvestisiya və İş Forumunda jurnalistlərin suallarını cavablandıran nazir deyib ...

2103139
“Türkiyə Səudiyyə Ərəbistanına turizm hədəflərinə çatmağa kömək edə bilər”, M.Şimşək

 

  Türkiyənin xəzinə və maliyyə naziri Mehmet Şimşək bildirib ki, Türkiyə Səudiyyə Ərəbistanına iddialı turizm hədəflərinə çatmağa kömək edə bilər.

  İstanbulda keçirilən Türkiyə-Səudiyyə Ərəbistanı İnvestisiya və İş Forumunda jurnalistlərin suallarını cavablandıran nazir deyib: “Səudiyyə Ərəbistanının çox iddialı turizm hədəfləri var. Türkiyə tikinti sektorunda böyük təcrübəyə malikdir. Biz Səudiyyə Ərəbistanında obyektlərin tikintisinə və istismarına, həm də turoperatorlarımızla turistlərin ora cəlb edilməsinə nə lazımsa edə bilərik.

  Türkiyə dünyada turizm üzrə ilk 5-likdədir. 2023-cü il üçün rəqəmlərimiz aydındır. Dünya rəqəmləri aydınlaşdıqda bəlkə də 3, ya 4-cü yerdə sayılarıq. Yəni Türkiyənin turizmdə çox ciddi təcrübəsi var”.



Әlaqәli Xәbәrlәr