İstanbul keçən il əcnəbi ziyarətçilərin sayına görə rekord qırıb

Ən çox ziyarət edilən şəhərlərdən biri olan İstanbul keçən il 17 milyon 370 min 30 xarici ziyarətçi qəbul edərək bütün illərin rekordunu qırıb.

2101799

Mədəniyyət və Turizm Nazirliyinin internet saytında dərc olunan məlumatlara görə, İstanbula gələn əcnəbilərin sayı keçən il ilə müqayisədə 8,44 faiz artıb.

Keçən il 17 milyon 370 min 30 xarici ziyarətçinin qəbul edildiyi İstanbula daxil olan ən çox xarici ziyarətçi 1 milyon 990 min 226 nəfərlə Rusiya Federasiyası olub.

İkinci yerdə 1 milyon 286 min 504 nəfərlə Almaniya, üçüncü yerdə 1 milyon 53 min 638 nəfərlə İran, dördüncü yerdə isə 853 min 766 nəfərlə Amerika Birləşmiş Ştatları (ABŞ) qərarlaşıb. ABŞ-ı 701 min 361 nəfərlə İngiltərə (Birləşmiş Krallıq), 604 min 509 nəfərlə Səudiyyə Ərəbistanı və 589 min 149 nəfərlə Fransa izləyib.

Әlaqәli Xәbәrlәr