“Moody's” İsrailin reytinqini aşağı saldı

Beynəlxalq kredit reytinqi agentliyi “Moody's”dən verilən açıqlamada bildirilir ...

2100536
“Moody's” İsrailin reytinqini aşağı saldı

 

  Beynəlxalq kredit reytinqi agentliyi “Moody's” İsrailin kredit reytinqini aşağı salıb.

  “Moody's”dən verilən açıqlamada bildirilir: “İsrailin kredit reytinqi və perspektivi yenidən nəzərdən keçirildi. Yerli və xarici valyutalarda kredit reytinqi "A1"dən "A2"yə endirildi. Kredit reytinqinin proqnozu mənfi olaraq dəyişdirildi. Reytinqin aşağı salınmasının əsas səbəbi davam edən hərbi münaqişə və onun daha geniş nəticələridir. Bu vəziyyət İsrailin icra və qanunverici qurumları və maliyyə gücünün zəifləməsi riskini artırır.

  İsrailin dövlət maliyyəsi pisləşib. Ölkənin borc yükünün münaqişədən əvvəl proqnozlaşdırılandan daha çox olacağı gözlənilir”.

  Xatırladaq ki, “Moody's” İsrailin "A1" kredit reytinqini 19 oktyabr 2023-cü ildən nəzərdən keçirirdi.



Әlaqәli Xәbәrlәr