Türkiyenin qızılbalığı ixracından əldə etdiyi gəlir 59 faiz artıb

Türkiyenin qızılbalığı ixracından əldə etdiyi gəlir 59 faiz artaraq 11 milyon dollardan çox təşkil edib.

2098480
Türkiyenin qızılbalığı ixracından əldə etdiyi gəlir 59 faiz artıb

Türkiyenin qızılbalığı ixracından əldə etdiyi gəlir 59 faiz artaraq 11 milyon dollardan çox təşkil edib.
Şərq Qaradəniz İxracatçılar Birliyinin İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan bölgədən 10 ölkəyə 2 min 251 ton türk qızılbalığı ixrac edildiyini bildirib.
Bu ixracatdan 11 milyon 240 min 719 dollar gəlir əldə edildiyini bildirən Gürdoğan 2022-ci ilin eyni dövrü müqayisədə ixracatın məbləğdə 146 faiz, qiymət baxımından isə 59 faiz artımın müşayiət olduğunu qeyd edib.
Gürdoğan deyib: "İlin ilk ayında bölgəmizdən 10 ölkəyə türk qızılbalığı ixrac edilib. Bu ölkələr arasında Rusiya Federasiyası, Vyetnam və Yaponiya liderlik edir. Rusiya Federasiyasına 6 milyon 859 min 369, Vyetnama 2 milyon 706 min 33 və Yaponiyaya 1 milyon 266 min 514 dollar məbləğində qızılbalıq ixrac edilib”.



Әlaqәli Xәbәrlәr