Yanvar ayında ixracda rekord qırıldı

Ticarət naziri Ömər Bolat Malatya şəhərində yanvar ayı xarici ticarət rəqəmlərini açıqlayıb.

2096723
Yanvar ayında ixracda rekord qırıldı

"İxracat keçən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz artaraq 20 milyard 28 milyon dollara çatdı və beləliklə, tarixin ən yüksək yanvar ixrac dəyərinə yüksəldi".

Bunu ticarət naziri Ömər Bolat Malatya şəhərində yanvar ayı xarici ticarət rəqəmlərini açıqladığı zaman deyib. 

İxracatın 2024-cü ilin yanvar ayında əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 3,6 faiz artaraq 20 milyard 28 milyon dollara çatdığını ifadə edən Ö.Bolat tarixin ən yüksək yanvar ayı ixrac dəyərinə çatdığını ifadə edib.

Yanvar ayında idxalın 22 faiz artaraq 26 milyard 201 milyon dollara çatdığını ifadə edən nazir Bolat xarici ticarət kəsirinin yanvar ayında bir əvvəlki ilə nisbətlə 67 faiz güclü şəkildə azalmağa davam etdiyini və 6,2 milyard dollara gerilədiyini qeyd edib. 

Ömər Bolat 2024-cü ilin yanvar ayında ixrac-idxal əhatə nisbətinin 18,9 faiz bəndi artaraq 76,4 faizə yüksəldiyini də bildirib.



Әlaqәli Xәbәrlәr