FED faiz dərəcələrini sabit saxlayıb

Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcələrini sabit saxlayıb.

2096302
FED faiz dərəcələrini sabit saxlayıb

Federal Ehtiyatlar Sistemi (FED) faiz dərəcələrini sabit saxlayıb.

İki gün davam edən Federal Açıq Bazar Komitəsinin (FOMC) iclasından sonra FED siyasət faizini gözləntilər daxilində dəyişməyərək, 23 ilin ən yüksək səviyyəsi olan 5,25-5,50 faiz səviyyəsində sabit saxlayıb.

Bank pul siyasəti qərar mətnində dəyişiklik edərkən, "əlavə siyasət sərtləşdirməsi" ehtimalı ilə bağlı açıqlamanın mətndən çıxarıldığı müşahidə edilib. 

FED-dən verilən açıqlamada iqtisadi görünüşün "qeyri-müəyyən" olduğu və FOMC-nin inflyasiya risklərinə qarşı son dərəcə diqqətli olmağa davam etdiyi vurğulanıb və inflyasiyanın davamlı olaraq 2 faizə qədər endiyinə dair daha çox əminlik yaranana qədər siyasət faizini azaltmağın məqsədəuyğun olmayacağı bildirib. 

FED sədri Jerome Povell isə pul siyasəti qərarlarının ardından təşkil edilən mətbuat konfransında siyasət faizinin yəqin ki, pik nöqtəsində olduğuna və iqtisadiyyatın davam edəcəyi təqdirdə bu il faiz endirimlərinə başlamağın məqsədəuyğun olacağına inandıqlarını bildirib. Gözlənildiyi kimi, mart toplantısına qədər faiz endirimi üçün lazım olan güvən səviyyəsinə çatmağın mümkün olmadığını düşündüyünü də sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr