Rizedən çay ixracatı

Türkiyenin Rize rayonundan keçən il çay ixracı 2022-ci il ilə müqayisədə 29 faiz artaraq 10 milyon 248 min 886 dollara çatıb

2094789
Rizedən çay ixracatı

 

Türkiyenin Rize rayonundan keçən il çay ixracı 2022-ci il ilə müqayisədə 29 faiz artaraq 10 milyon 248 min 886 dollara çatıb.

Şərqi Qara Dəniz İxracatçılar Birliyinin (DKİB) məlumatlarına görə, istehsalı və ixracı hər il artan çaya ən çox tələbat Belçika, Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyəti (ŞKTC) və ABŞ-dan gəlib. 

2023-cü ilin yanvar-dekabr aylarında Rizedən Belçikaya 2 min 21 ton çay ixrac edilərək 8 milyon 48 min 28 dollar gəlir əldə edilib.

Bu ölkəyə çay ixracı 1109 ton müqabilində 3 milyon 952 min 923 dollar qazanılan 2022-ci il ilə müqayisədə kəmiyyət etibarilə 82 faiz, dəyər baxımından isə 104 faiz artıb.

Belçikanı 414 min 46 dollarla ŞKTC, 327 min 488 dollarla ABŞ izləyib.

Keçən ildən fərqli olaraq, Rizə çayı Polşa, Konqo Demokratik Respublikası, Böyük Britaniya, Türkmənistan, Malayziya, Belarus, Çexiya və İsveçrəyə də satılıb.



Әlaqәli Xәbәrlәr