“Türkiyə Azərbaycanla konstruktiv enerji əməkdaşlığını daha da inkişaf etdirəcək”, A.Bayraktar

Görüşlərdən sonra mətbuata açıqlamasında Türkiyənin enerji və təbii sərvətlər naziri Azərbaycanla neft və təbii qaz sahəsində işləri daha da irəli aparmaq istədiklərinə diqqət çəkərək deyib ...

2094261
“Türkiyə Azərbaycanla konstruktiv enerji əməkdaşlığını daha da inkişaf etdirəcək”, A.Bayraktar

 

  Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar iki qardaş ölkə kimi Azərbaycanla konstruktiv ikitərəfli əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün enerji sahəsində qətiyyətlə addımlayacaqlarını bildirib.

  A.Bayraktar yanvarın 27-də getdiyi Azərbaycanda ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazovla görüşüb. Söhbətlər zamanı Azərbaycan ilə Türkiyə arasında iqtisadi, o cümlədən enerji sahəsində mövcud və gələcək əməkdaşlıq imkanları nəzərdən keçirilib.

  Görüşlərdən sonra mətbuata açıqlamasında Türkiyənin enerji və təbii sərvətlər naziri Azərbaycanla neft və təbii qaz sahəsində işləri daha da irəli aparmaq istədiklərinə diqqət çəkərək deyib: “İki ölkənin Avropanın təchizat təhlükəsizliyinə töhfələrini, Naxçıvandan Türkiyəyə elektrik enerjisi ixracatı və bu il Türkiyədə keçiriləcək IV Türkiyə-Azərbaycan Enerji Forumuna hazırlıq məsələlərini müzakirə etdik.

  Azərbaycan nefti illərdir Bakı-Tbilisi-Ceyhan xətti ilə dünya bazarlarına çıxarılıb.

  Biz uzun illərdir ki, dünya neft tədarükü üçün çox vacib olan əməliyyatı davam etdiririk. Bundan sonra da belə gedəcək. Konstruktiv ikitərəfli münasibətlərimizi daha da inkişaf etdirmək üçün enerji sahəsində qətiyyətlə addımlamağa və iki qardaş ölkə kimi əməkdaşlığa davam edəcəyik”.



Әlaqәli Xәbәrlәr