Davos İqtisadi Forumu işə başlayıb

İsveçrənin Davos şəhərində keçirilən 54-cü Dünya İqtisadi Forumu (DİF) öz işinə başlayıb.

2088973
Davos İqtisadi Forumu işə başlayıb

İsveçrənin Davos şəhərində keçirilən 54-cü Dünya İqtisadi Forumu (DİF) öz işinə başlayıb.

Dünyanın ən varlı, məşhur və biznes liderlərinin qatıldığı Dünya İqtisadi Forumunun builki sammiti əsas mövzusu “Güvənin bərpası” əsas mövzusu ilə keçiriləcək.

Cari il 54-cü dəfə keçirilən sammitdə 120 ölkədən 2800-dən çox iş adamı, siyasətçi, akademik və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək. Sammitdə qlobal problemlərin müzakirəsi üçün 300-dən çox sessiya baş tutacaq.

Biznes liderləri günün ən aktual problemləri ətrafında məhsuldar müzakirələr aparmaq və nəticədə təsir yaratmaq mövzusunda  nəzərdə tutulmuş sessiyalarda iştirak etmək üçün sammitə toplaşırlar.

Forumun gündəliyinə bir neçə əsas mövzu daxildir. Bunlardan birincisi, parçalanmış dünyada təhlükəsizlik və əməkdaşlığa nail olmaqdır. İkincisi, yeni dövr üçün iş yerlərinin yaradılması. Üçüncü mövzu müasir iqtisadiyyat və cəmiyyətdə süni intellektin roluna həsr olunub.

Bundan əlavə, enerji transformasiyası, süni intellekt, müxtəlif ölkələrdə keçiriləcək seçkilər, mümkün epidemiyalar və kiberhücumlar kimi mövzular sammitdə mühüm mövzular arasında olacaq.

Yanvarın 19-dək davam edəcək görüşlərdə humanitar iqlim, sosial və iqtisadi çağırışlarla mübarizədə birgə beynəlxalq fəaliyyətin vacibliyini vurğulamaq üçün “Güvənin bərpası”nın zəruriliyi müzakirə olunacaq.

Rusiya-Ukrayna müharibəsi, İsrail-Həmas münaqişəsi və Qırmızı dənizdəki silahlı münaqişələr son illərdə bütün dünyada geosiyasi riskləri artırsa da, Davosda bu risklərin iş dünyasına təsirləri də müzakirə olunacaq.



Әlaqәli Xәbәrlәr