Dünya Bankının 2024-cü il üçün qlobal iqtisadi artım proqnozu

Dünya Bankı Qlobal İqtisadi Gözləntilər Hesabatının 2024-cü il yanvar buraxılışını dərc edib

2086918
Dünya Bankının 2024-cü il üçün qlobal iqtisadi artım proqnozu

 

  Dünya Bankı 2024-cü ildə qlobal iqtisadi artımın yavaşlayacağını gözləyir.

  Bank Qlobal İqtisadi Gözləntilər Hesabatının 2024-cü il yanvar buraxılışını dərc edib. Hesabatda qeyd olunub ki, qlobal artımın ardıcıl 3 il ərzində yavaşlaması gözlənilir.

  Ötən il 2,6 faiz olacağı təxmin edilən qlobal iqtisadi artımın 2024-cü ildə 2,4 faiz olacağı bildirilib. 2025-ci ildə 2,7 faiz artım proqnozlaşdırılır.

  Hesabatda qlobal iqtisadiyyatın bir il əvvələ nisbətən daha yaxşı yerdə olduğuna diqqət çəkilib. Bildirilib ki, qlobal tənəzzül riski əsasən ABŞ iqtisadiyyatının gücü hesabına azalıb. Bununla belə, geosiyasi gərginliyin artmasının qısa müddətdə dünya iqtisadiyyatı üçün yeni təhlükələr yarada biləcəyi vurğulanıb.

  Həmçinin hesabatda Türkiyənin 2024-cü ildə 3,1 faiz, 2025-ci ildə isə 3,9 faiz böyüməsi gözlənildiyi qeyd edilib.



Әlaqәli Xәbәrlәr