Müdafiə sənayesində 2023-cü ilin ixracat çempionu "Baykar" şirkəti oldu
Türkiyenin müdafiə və aerokosmik sənayesində keçən il ən çox ixrac reallaşdıran şirkət 1 milyard 766 milyon dollarla “Baykar” olub.
Türkiyenin müdafiə və aerokosmik sənayesində keçən il ən çox ixrac reallaşdıran şirkət 1 milyard 766 milyon dollarla “Baykar” olub.
Türkiye Müdafiə Sənayesi İdarəsinin sədri Haluk Görgün "X" sosial media platformasında verdiyi açıqlamada müdafiə sənayesinin son 10 ildə dünyanın müxtəlif coğrafiyalarında 185 ölkəyə 230 növ məhsul ixrac etdiyini bildirib.
"Sektorumuzun ixracatının 1,7 milyard dollarını təkbaşına üzərinə götürən "Baykar" şirkətimiz xüsusi təşəkkürə layiqdir. İnkişaf etdirdiyi texnologiyaları ilə "oyunu dəyişən" və bütün dünyanın rəğbətini qazanan "Baykar" şirkətimiz 2003-cü ildən bu yana gəlirlərinin 83 faizini ixracdan əldə edir və yüksək texnologiyalı ixracatı ilə “Ölkəmizin iqtisadiyyatına mühüm töhfə verir”, -deyə Haluk Görgün qeyd edib.
Әlaqәli Xәbәrlәr
İstanbulu 2024-cü ilin ilk üç ayında üç milyondan çox turist ziyarət edib
İstanbula gələn əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,22 faiz artıb.