Antalya keçən il turizmdə rekord qırdı

Antalya keçən il 15 milyon 689 min 258 xarici turisti qəbul edərək bütün zamanların rekordunu qırdı.

2083154
Antalya keçən il turizmdə rekord qırdı

Antalya keçən il 15 milyon 689 min 258 xarici turisti qəbul edərək bütün zamanların rekordunu qırdı.

Dünyanın sevimli turizm mərkəzləri arasında yer alan şəhər 2023-cü ildə turizmin ən yaxşı ilini yaşadı.

Şəhərdə əvvəlki rekord 2019-cu ildə 15 milyon 280 min 763 xarici turistlə yenilənib.

Vilayət Mədəniyyət və Turizm Müdirliyinin məlumatlarına görə, 1 yanvar - 31 dekabr 2023-cü il tarixləri arasında şəhərə 15 milyon 689 min 258 xarici turist gəlib.

Keçən il Antalya maksimum 3 milyon 461 min 762 turistlə Rusiyadan gələn qonaqları qəbul edib.

Rusiyalı turistlərin sayında əvvəlki il ilə müqayisədə 14,10 faiz artım olub.

Rusları 3 milyon 363 min 510 nəfərlə almanlar izləyib.

Alman turistlərin sayında da 19 faiz artım olub.

Antalya İngiltərə bazarından da xeyli sayda turist cəlb edib.

Şəhərə 14,85 artımla üçüncü olan İngiltərədən 1 milyon 318 min 215 turist gəlib.

Polşa da təəccüblü bazar olub.

2023-cü ildə Polşadan 1 milyon 68 min 150 nəfər tətil üçün Antalyaya üstünlük verib.

Bu ölkədən gələn turistlərin sayında əvvəlki ilə müqayisədə 39,60 faiz artım olub.

Antalyaya ən çox turist göndərən ölkələr Hollandiya, Qazaxıstan, Rumıniya, Çexiya, İsrail və Ukrayna olub.


Etiketlәr: #turist , #Antalya

Әlaqәli Xәbәrlәr