İran və Rusiya dolları kənara qoydular

İranın rəsmi agentliyi İRNA-nın İran Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə ...

2081710
İran və Rusiya dolları kənara qoydular

 

  İran və Rusiya ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə milli valyutadan istifadə etmək barədə razılığa gəldilər.

  İranın rəsmi agentliyi İRNA-nın İran Mərkəzi Bankına istinadən verdiyi xəbərə görə, iki ölkənin mərkəzi bank sədrləri arasında Rusiyada keçirilən görüşdə dolların qarşılıqlı ticarətdən çıxarılmasına dair razılaşma əldə olunub.

  Bildirilib ki, ABŞ sanksiyaları altında olan İran və Rusiya bankları artıq yerli valyutalarla əməliyyatlar aparmaq üçün SWIFT-dən başqa, banklararası sistemlərdən də istifadə edə bilərlər.

  Xatırladaq ki, İran və Rusiya 2022-ci ilin iyul ayında qarşılıqlı ticarət əməliyyatlarında ABŞ dolları əvəzinə öz milli valyutalarından istifadə etməyi planlaşdırdıqlarını açıqlamışdılar. İran dini başçısı Ayətullah Əli Xamenei həmin ilin 17 iyulunda Tehranda Rusiya prezidenti Vladimir Putinlə görüşündə dollardan qlobal ticarətdə imtina edilməli olduğunu bəyan edərək “Dollar tədricən qlobal ticarət yolundan çıxmalıdır” deyib. V.Putin də ABŞ-ın dolları təzyiq vasitəsi kimi istifadə etməyə çalışdığını qeyd edərək İran və Rusiyanın ticarət əlaqələrində öz milli valyutalarından istifadənin yollarının hazırlandığını bildirib.

  Qeyd edək ki, İran 2023-cü il dekabrın 25-də Rusiyanın başçılıq etdiyi Avrasiya İqtisadi İttifaqı (Aİİ) ilə azad ticarət sazişi imzalayıb.



Әlaqәli Xәbәrlәr