Türkiyə sənaye və texnologiya naziri Çində səfərdədir

Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır Çində sənaye və texnologiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüşlər keçirir

2079043
Türkiyə sənaye və texnologiya naziri Çində səfərdədir

 

  Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır Çində sənaye və texnologiya sahəsində əməkdaşlıq imkanlarını müzakirə etmək üçün görüşlər keçirir.

  Türkiyə nazirinin səfərinin ilk dayanacağı paytaxt Pekində olub. Burada o, çinli həmkarları - elm və texnologiya naziri Yin Hicun ilə sənaye və informasiya texnologiyaları naziri Cin Cuanqlonqla görüşüb.

  Mehmet Fatih Kaçır Pekindən sonra Şanxay, Cincianq, Vuhu, Linqanq, Ninqbo, Sincan və Quanqzhou şəhərlərindəki sənaye obyektlərinə baş çəkəcək, Çin şirkətlərinin rəhbərləri və rəsmiləri ilə görüşəcək.

  Çindəki proqramında elektrikli avtomobil və akkumulyator istehsalına üstünlük verən M.F.Kacır Çinin Cianqsu əyalətinin Cıncianq şəhərində Türkiyənin yerli və milli avtomobili TOGG-un layihə ortağı “Farasis Energy”nin elektrikli avtomobil akkumulyatoru istehsal müəssisəsinə gedəcək.

  Həmçinin Çinin aparıcı dövlət avtomobil şirkətlərindən olan “Chery”, “SAİC Motor”, “Zeekr” (Geely) və “GAC Motor” elektrik avtomobil fabriklərinə baş çəkəcək Türkiyə naziri Çin texnologiya şirkəti “Huawei”nin kommunikasiya, bulud hesablama və avtomobil sahələrində inkişaf etdirdiyi yeni texnologiyaların sərgiləndiyi şəhərciyə gedəcək və şirkətin idarə heyəti üzvlərilə görüşəcək.



Әlaqәli Xәbәrlәr