Almaniyada enerji istehlakı ən aşağı səviyyəyə gerilədi
Almaniya Enerji Balansları üzrə İşçi Qrupu (AG Energiebilnazen) son proqnozuna görə ...
Almaniyada enerji istehlakı 2023-cü ildə 1990-cı ildə Şərqi Almaniya ilə yenidən birləşmədən sonra ən aşağı səviyyəyə gerilədi.
Almaniya Enerji Balansları üzrə İşçi Qrupu (AG Energiebilnazen) son proqnozuna görə, 7,9 faiz azalmanın 10,791 Petajoule (=2998 Teravatt saat) olması gözlənilir.
Dekabrın 19-da Berlində adıçəkilən qrupun verdiyi məlumata görə, Almaniyada ilkin enerji istehlakı 1990-cı ildəki pik səviyyənin dörddə birindən azdır.
Mütəxəssislər noyabrın əvvəlində bu böyüklükdə enerji istehlakını proqnozlaşdırmışdı.
Almaniya Federal Şəbəkə Agentliyinin bildirdiyinə əsasən, 2022-ci ildə Almaniyada 484 Teravatt saat elektrik enerjisi və 847 Teravatt saat təbii qaz istehlak edilib. Bir teravatt saat bir milyard kilovatsaata bərabərdir.