Türkiyenin 11 aylıq dəniz ilbizi ixracı 20,5 milyon dolları keçib

Şərqi Qaradəniz İxracatçılar Birliyinin İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan bildirib ki, yanvar-noyabr aylarında Türkiyedən 1873 ton dəniz ilbizi ixrac edilib.

2077955
Türkiyenin 11 aylıq dəniz ilbizi ixracı 20,5 milyon dolları keçib

Türkiyenin 11 aylıq dəniz ilbizi ixracı 20,5 milyon dolları keçdi.

Şərqi Qara dəniz İxracatçılar Birliyinin İdarə Heyətinin sədr müavini Əhməd Həmdi Gürdoğan bildirib ki, yanvar-noyabr aylarında Türkiyedən 1873 ton dəniz ilbizi ixrac edilib.

Həmin ixracdan 20 milyon 555 min 659 dollar gəlir əldə edildiyini ifadə edən Gürdoğan "Keçən ilin müvafiq dövründə 1836 tondan 15 milyon 478 min 635 dollar gəlir əldə edilib. Buna görə Türkiyenin 11 aylıq dəniz ilbizi ixracı kəmiyyət baxımından 2 faiz, gəlirdə isə 33 faiz artıb" deyib.

Bu dövrdə Türkiyedən 10 ölkəyə dəniz ilbizləri satıldığını qeyd edən Gürdoğan bildirib ki, 10 milyon 507 min 780 dollarla ən çox dəniz ilbizi ixrac edilən ölkə Cənubi Koreya Respublikası olub. Bu ölkəni 3 milyon 339 min 944 dollarla Çin Xalq Respublikası və 2 milyon 710 min 11 dollarla İspaniya izləyib. Bu dövr keçən ildən fərqli olaraq Ukrayna, Rumıniya, Azərbaycan və Şimali Kıbrıs (Kipr) Türk Cümhuriyyətinə də dəniz ilbizi satılıb.



Әlaqәli Xәbәrlәr