Rusiyaya Türkiyədən yumurta idxalı

D.Patruşev "Rossiya" dövlət televiziya kanalına verdiyi açıqlamada Rusiyaya yumurta idxalı ilə bağlı deyib ...

2077546
Rusiyaya Türkiyədən yumurta idxalı

 

  Rusiyanın kənd təsərrüfatı naziri Dmitri Patruşev Türkiyədən yumurta idxalının iki-üç həftə ərzində vergidən azad ediləcəyini bildirib.

  D.Patruşev "Rossiya" dövlət televiziya kanalına verdiyi açıqlamada Rusiyaya yumurta idxalı ilə bağlı deyib: “Yumurta mövsümi məhsuldur. Hal-hazırda yumurtanın qiymətinin artma səbəbi budur. Yanvardan yumurtanın qiymətinin aşağı düşəcəyinə ümid edirik. Çünki bu həftə bizə Azərbaycandan yumurta gələcək. Türkiyədən isə yumurta idxal vergisi olmadan 2-3 həftə ərzində çatacaq. Bu, qiymətləri tənzimləməyə imkan verəcək".

  Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də etdiyi çıxışında yumurta idxalının vaxtında açılmaması səbəbindən ölkədə yumurta qiymətlərinin artdığını söyləyərək Türkiyədən yumurta idxal edəcəklərini və Rusiya-Türkiyə iqtisadi əlaqələrinin, o cümlədən kənd təsərrüfatı sahəsində yaxşı inkişaf etdiyini deyib.



Әlaqәli Xәbәrlәr