Avropa İttifaqı Qərbi Balkan ölkələrilə yaxınlaşmaq üçün plan hazırladı

Genişlənmə prosesini sürətləndirəcək və iqtisadi artım yaradacaq islahat və investisiyaları dəstəkləmək üçün hazırlanan plana əsasən ...

2062183
Avropa İttifaqı Qərbi Balkan ölkələrilə yaxınlaşmaq üçün plan hazırladı

 

  Avropa İttifaqı (Aİ) Qərbi Balkan ölkələri ilə iqtisadi yaxınlaşmanı artırmaq üçün 6 milyard avroluq artım planı hazırlayıb.

  Aİ Komissiyası iqtisadi artımı çoxaltmaq və sosial-iqtisadi yaxınlaşmanı sürətləndirmək üçün Qərbi Balkanlar üçün yeni artım planı təklifini açıqlayıb.

  Genişlənmə prosesini sürətləndirəcək və iqtisadi artım yaradacaq islahat və investisiyaları dəstəkləmək üçün hazırlanan plana əsasən, Qərbi Balkanlar üçün 2024-2027-ci illər üçün 6 milyard avroluq yeni İslahat və İnkişaf Fondu yaradılacaq. Bunun 2 milyard avrosu qrantlardan, 4 milyard avrosu isə güzəştli kreditlərdən ibarət olacaq. Adı çəkilən resurs Qərbi Balkanların Vahid Bazar qaydalarına uyğunluğunu və iqtisadi inteqrasiyasını artırmaq məqsədi daşıyır.

  Məhsulların, xidmətlərin və işçilərin sərbəst hərəkəti, Avropa ödəniş zonasına çıxış, avtomobil nəqliyyatının asanlaşdırılması, enerji bazarlarının və təchizat zəncirlərinin inteqrasiyası planda prioritet istiqamətlərdir.

  Qərbi Balkanlarda iqtisadi inteqrasiya Aİ qaydaları və standartlarına əsaslanan Ümumi Regional Bazar vasitəsilə daha da genişləndiriləcək.

  Sözügedən təklifin qüvvəyə minməsi üçün Avropa Parlamentinin və üzv dövlətlərin təsdiqi tələb olunur.

  Plan Aİ-nin Albaniya, Kosovo, Bosniya və Herseqovina, Serbiya, Şimali Makedoniya və Monteneqro ilə iqtisadi əlaqələrini artırmaq məqsədi daşıyır.



Әlaqәli Xәbәrlәr