Türkiyənin avtomobil istehsalı 9 ayda neçə ədəd oldu?

Türkiyənin ümumi avtomobil sənayesi ixracatı bu ilin 9 aylıq dövründə sektorlar üzrə ixrac sıralamasında 16 faizlə üst mövqeyini qoruyub

2051033
Türkiyənin avtomobil istehsalı 9 ayda neçə ədəd oldu?

 

  Türkiyənin avtomobil istehsalı 2023-cü ilin 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq 1 milyon 74 min 155, avtomobil istehsalı isə 21 faiz artaraq 687 min 817 olub.

  Traktor istehsalı da daxil olmaqla ümumi istehsal 1 milyon 117 min 620-yə çatıb. Ağır ticarət nəqliyyat vasitələri qrupunda istehsal ilin 9 aylıq dövründə 26 faiz artıb.

  2023-cü ilin 9 aylıq dövründə avtomobil ixracı keçən ilin eyni dövrünə görə ədədlər baxımından 7 faiz artaraq 733 min 956-ya çatıb. Bu dövrdə avtomobil ixracı ötən illə müqayisədə 20, traktor ixracı isə 9 faiz artaraq 14 min 462 ədədə çatıb.

  Türkiyənin ümumi avtomobil sənayesi ixracatı bu ilin 9 aylıq dövründə sektorlar üzrə ixrac sıralamasında 16 faizlə üst mövqeyini qoruyub.



Әlaqәli Xәbәrlәr