Qazaxıstan üzərindən Özbəkistana Rusiya qazı

Rusiya qazının Qazaxıstan üzərindən Özbəkistana daşınması mərasimində Rusiya prezidenti Vladimir Putin, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan prezidenti Kasım Comert Tokayev iştirak edib

2047824
Qazaxıstan üzərindən Özbəkistana Rusiya qazı

 

  Rusiya Qazaxıstan üzərindən Özbəkistana təbii qaz nəql etməyə başladı.

  Rusiya qazının Qazaxıstan üzərindən Özbəkistana daşınması mərasimində Rusiya prezidenti Vladimir Putin, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Qazaxıstan prezidenti Kasım Comert Tokayev iştirak edib.

  Mərasimdə çıxış edən V.Putin sözügedən daşımaların üç ölkə arasında əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayaraq deyib: “İnanıram ki, ölkələrimizin strateji tərəfdaşlığı bundan sonra da inkişaf edəcək və xalqımıza konkret nəticələr verəcək."

  Rusiya qazının Qazaxıstan üzərindən Özbəkistana daşınmasının tarixi bir hadisə olduğuna diqqət çəkən C.Tokayev isə "Təbii qaz sənayesi dövlətlərimizin davamlı sosial-iqtisadi tərəqqisində xüsusi rol oynayır və ona görə də bu layihə bütün tərəflərin maraqlarına cavab verir" deyib.

  Ş.Mirziyoyev öz növbəsindəki çıxışında Rusiya və Qazaxıstanla neft və təbii qaz sahəsində əməkdaşlığı genişləndirmək istədiklərini bildirib.

  Qeyd edək ki, təbii qaz hasil edən ölkələr sırasında olan Özbəkistan hasilat gücünün azalması səbəbindən ilk dəfə olaraq Rusiyadan təbii qaz idxal etmək qərarına gəlib. Rusiyanın “Qazprom” enerji şirkəti ilə imzalanan müqaviləyə əsasən, Özbəkistan 2 il ərzində Rusiyadan gündəlik 7 milyon kubmetr təbii qaz alacaq.



Әlaqәli Xәbәrlәr