Türkiyə Moldovaya sutkada 2 milyon kubmetr təbii qaz tədarük edəcək

Bu barədə iki ölkə arasında müvafiq müqavilə imzalanıb.

2043704
Türkiyə Moldovaya sutkada 2 milyon kubmetr təbii qaz tədarük edəcək

Türkiye Moldovaya sutkada 2 milyon kubmetr təbii qaz ixrac etməyə başlayacaq. Bu barədə iki ölkə arasında müvafiq müqavilə imzalanıb.
Bu barədə Türkiyenin dövlət neft-qaz şirkəti olan BOTAŞ açıqlama verib.
Açıqlamada BOTAŞ-ın bir-birinin ardınca imzaladığı ixrac müqavilələri ilə Avropanın enerji təchizatı təhlükəsizliyinin təminatçısı olmağa davam etdiyi bildirilib.
Açıqlamada müqavilənin BOTAŞ-ın İdarə Heyətinin sədri və baş direktoru Burhan Özcan və East Gas Energy Trading Company baş direktoru Nikolai Qaborak tərəfindən imzalandığı vurğulanıb.



Әlaqәli Xәbәrlәr