Türkiyə Rumıniya ilə təbii qaz ixracı müqaviləsi imzaladı

Xatırladaq ki, Türkiyə 2023-cü ilin avqust ayında Macarıstanla, yanvarında Bolqarıstanla təbii qaz ixracı müqaviləsi imzalayıb

2043095
Türkiyə Rumıniya ilə təbii qaz ixracı müqaviləsi imzaladı

 

  Türkiyədən Rumıniyaya gündə 4 milyon kubmetrə qədər təbii qaz ixracına dair razılıq əldə olunub. Bu barədə Türkiyənin Boru Kəməri Neft Nəqliyyatı Səhmdar Cəmiyyətindən (BOTAŞ) verilən məlumatda belə bildirilir: "BOTAŞ regionun ən böyük enerji şirkətlərindən biri olan “OMV Petrom” ilə mühüm müqavilə imzalayıb. Müqaviləyə əsasən, 31 mart 2025-ci ildə başa çatacaq işlər çərçivəsində hər stansiyaya gündə 4 milyon kubmetrə qədər təbii qaz tədarükü ediləcək. Türkiyədən Rumıniyaya boru xətləri ilə təbii qaz ixracatına 2023-cü ilin 1 oktyabrdan başlanacaq.

  Tərəflər təbii qaz ticarətindən başqa, nəqliyyat, istehsal, yaşıl enerji texnologiyaları sahələrində də əməkdaşlığı inkişaf etdirmək barədə razılığa gəliblər.

  Bura qədər boru kəməri ilə region ölkələri arasında yer alan Yunanıstan, Bolqarıstan və Macarıstana təbii qaz ixracı ilə bağlı mühüm razılaşmalar əldə edən BOTAŞ qaz tədarük etdiyi ölkələrə Rumıniyanı da əlavə edərək qonşu bazarlarda Avropa enerji təchizatı təhlükəsizliyinə və müxtəlifliyinə töhfəsini gücləndirir”.

  Xatırladaq ki, Türkiyə 2023-cü ilin avqust ayında Macarıstanla, yanvarında Bolqarıstanla təbii qaz ixracı müqaviləsi imzalayıb.



Әlaqәli Xәbәrlәr