Avstraliya Rusiya və Belarus mallarına gömrük rüsumlarını 2 il də uzatdı

Avstraliya Xarici İşlər Nazirliyinin saytında xarici işlər naziri Penni Vonq (Penny Wong), ticarət və turizm naziri Don Farrelin ortaq mətbuat bəyanatı dərc olunub

2042027
Avstraliya Rusiya və Belarus mallarına gömrük rüsumlarını 2 il də uzatdı

 

  Avstraliya Rusiya və Belarusdan idxal edilən mallara tətbiq edilən gömrük rüsumlarını 2 il müddətinə uzatdığını açıqlayıb.

  Avstraliya Xarici İşlər Nazirliyinin saytında xarici işlər naziri Penni Vonq (Penny Wong), ticarət və turizm naziri Don Farrelin ortaq mətbuat bəyanatı dərc olunub.

  Bəyanatda bildirilir: “Ukraynadakı qeyri-qanuni və əxlaqsız müharibənin Rusiya tərəfindən maliyyələşdirilməsini azaltmaq üçün Avstraliya beynəlxalq tərəfdaşlarla işləyir. Avstraliya Rusiyanı ordusunu mümkün qədər tez Ukrayna ərazisindən çıxarmağa və Belarusun Rusiyanın mənasız müharibəsinə dəstəyini dayandırmağa çağırır”.

  Vergilərin ölkələr arasında ticarətə böyük təsirləri olur. Qızıl və enerji idxalına qoyulan qadağalarla 2022-ci ilin ikinci yarısında Rusiyadan idxal edilən mallar 2021-ci illə müqayisədə 95 faiz azalıb.

  Avstraliyanın Rusiya və Belarusdan idxal olunan mallara tətbiq etdiyi gömrük rüsumları 2025-ci ilin oktyabr ayına qədər davam edəcək”.

  Xatırladaq ki, Avstraliya 2022-ci ilin aprelində Rusiyadan idxal edilən mallara 35 faiz gömrük rüsumu tətbiq etmək qərarına gəlib.



Әlaqәli Xәbәrlәr