Rusiyanın ən böyük mis mədənində ilk mis konsentratı istehsal edildi
Udokandakı mis emalı zavodu Rusiya prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə iştirak etdiyi mərasimlə fəaliyyətə başlayıb
Rusiyanın ən böyük mis mədəni Udokanda emal müəssisəsinin istifadəyə verilməsi ilə ölkədə ilk mis konsentratı istehsal edildi.
Udokandakı mis emalı zavodu Rusiya prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə iştirak etdiyi mərasimlə fəaliyyətə başlayıb.
İlk mis konsentratının istehsal olunduğu müəssisə ildə 150 min ton mis istehsal edəcək.
Qərbdə Baykal gölü ilə şərqdə Sakit Okean arasında yerləşən Udokan 26,7 milyon ton ehtiyatla Rusiyanın ən böyük, dünyanın isə üçüncü böyük mis ehtiyatı yeridir.
Qeyd edək ki, 2008-ci ildə lazımi icazələri alan, əsli özbək olan rusiyalı milyarder Əlişir Usmanovun “USM Holdinq” şirkəti Udokan mis emalı mədənində ən böyük pay sahibidir.
Әlaqәli Xәbәrlәr
Elektrik avtomobili satışlarında rekord qırılıb
Qlobal miqyasda elektrik avtomobili satışları keçən il rekord həddə çataraq 17,1 milyona çatıb.
Türkiyə püstə ixracından 229 milyon 777 min dollar gəlir əldə edib
Türkiyə keçən il 96 ölkəyə püstə ixracından 229 milyon 777 min dollar gəlir əldə edib.