Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi nədir?

Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini iki ayrı koridordan ibarət olacaq

2036237
Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi nədir?
Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi.jpg

 

  Qeyd edək ki, sentyabrın 9-10 tarixlərində Hindistanda “Bir dünya, bir ailə və bir gələcək” başlığı altında G-20 Dövlət Başçılarının 18-ci Sammiti keçirilib. Yığıncaq çərçivəsində Qlobal İnfrastruktur və İnvestisiya Tərəfdaşlığı və Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizi sessiyası keçirilib.

  Hindistanın baş naziri N.Modi bu sessiyada Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini elan edib. İqtisadi dəhlizlə bağlı Hindistan, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Səudiyyə Ərəbistanı, Avropa İttifaqı, Fransa, İtaliya, Almaniya və ABŞ anlaşma memorandumu imzalayıb.

  Hindistan-Yaxın Şərq-Avropa İqtisadi Dəhlizini iki ayrı koridordan ibarət olacaq: 1) Hindistanı Qərbi Asiya və Yaxın Şərqi birləşdirəcək Şərq Dəhlizi və Qərbi Asiya və Yaxın Şərqi Avropanı birləşdirəcək Şimal dəhlizi.

  Təklif olunan dəhliz layihəsi Hindistandan BƏƏ-yə qədər uzanacaq, daha sonra Səudiyyə Ərəbistanı, İordaniya və İsraildən keçərək Avropaya birləşdiriləcək. Layihə Hindistandan yüklənən malların İsrail və Yunanıstan limanları vasitəsilə Avropaya daha sürətli göndərilməsini nəzərdə tutur.



Әlaqәli Xәbәrlәr