Avro bölgəsinin 2023 və 2024-cü illər üçün artım gözləntiləri aşağı düşdü
Avropa İttifaqı (Aİ) Komissiyasının “2023-cü ilin yayına dair Avropa iqtisadi proqnozları” hesabatı dərc olunub
Avropa İttifaqı (Aİ) Komissiyası 2023-cü ildə Avrozonada iqtisadi artım gözləntisini 0,8 faizə endirib. Komissiyanın “2023-cü ilin yayına dair Avropa iqtisadi proqnozları” hesabatı dərc olunub. Hesabatda Aİ iqtisadiyyatının 2023-cü ildə 0,8 faiz, 2024-cü ildə 1,4 faiz, Avrozona iqtisadiyyatının isə 2023-cü ildə 0,8 faiz, 2024-cü ildə 1,3 faiz artacağı proqnozlaşdırılıb.
Aİ Komissiyasının əvvəlki “Bahar” hesabatında Aİ-nin 2023-cü ildə 1 faiz, 2024-cü ildə 1,7 faiz, Avrozonada isə 2023-cü ildə 1,1 faiz, 2024-cü ildə 1,6 faiz artacağı təxmin edilirdi.
Son hesabatla Aİ və Avro bölgəsinin 2023 və 2024-cü illər üçün artım gözləntiləri aşağıya doğru yenidən nəzərdən keçirilib.
Hesabatda Avropanın bir çox yerlərində sənayedəki zəifliyin davam etdiyi və xidmətlərdəki sürətin azaldığı, beləliklə də iqtisadi fəallığın yavaşladığı qeyd edilib.