Cari ilin birinci yarısında Rusiyadan Türkiyeyə 2 milyondan çox turist gəlib

Vladimir Putin cari ilin birinci yarısında Türkiyeyə 2 milyondan çox rusiyalı turistin səfər etdiyini bildirib.

2032991
Cari ilin birinci yarısında Rusiyadan Türkiyeyə 2 milyondan çox turist gəlib

Cari ilin birinci yarısında Türkiyeyə 2 milyondan çox rusiyalı turist səfər edib və bu tendensiya davam etməlidir.

Bu barədə Rusiya prezidenti Vladimir Putin prezident Rəcəb Tayyib Ərdoğanla Soçidə keçirdiyi birgə mətbuat konfransı zamanı bildirib.

Rusiya Prezidenti deyib: “Keçən il Rusiyadan Türkiyeyə 5 milyondan çox, bu ilin birinci yarısında isə daha 2,2 milyon rusiyalı turist gedib. Ümid edirik ki, eyni dinamika gələcəkdə də davam edəcək”.

O əlavə edib ki, Rusiya Federasiyasının müvafiq idarələri ölkə vətəndaşlarının Türkiyedə təhlükəsiz və rahat olmasını təmin etmək məqsədilə Türkiye hakimiyyət orqanları ilə işi davam etdirəcək.



Әlaqәli Xәbәrlәr