Avqust ayında ən yüksək ixrac əməliyyatı həyata keçirilib

Avqust ayında 21,6 milyard dollar məbləğində ixrac əməliyyat həyata keçirilib. Bu barədə Türkiyenin ticarət naziri Ömər Bolat rəsmi internet səhifəsində paylaşım edib.

2032721
Avqust ayında ən yüksək ixrac əməliyyatı həyata keçirilib


Avqust ayında 21,6 milyard dollar məbləğində ixrac əməliyyat həyata keçirilib.
Bu barədə Türkiyenin ticarət naziri Ömər Bolat rəsmi internet səhifəsində paylaşım edib.
Ömər Bolat zəlzələ fəlakətinə və qlobal iqtisadiyyatdakı yavaşlamaya baxmayaraq ixrac əməliyyatlarında davamlı inkişafın davam etdiyini bildirib.
"Avqust ayında 21 milyard 619 milyon dollar məbləğində ixrac əməliyyatı həyata keçirilib'',-deyə Ömər Bolat vurğulayıb.
Ticarət Nazirliyindən verilən bəyanatda son 12 ayda 253 milyard 574 milyon dollar məbləğində ixracın həyata keçirildiyi bildirilib.
Avqust ayında ən çox ixracın həyata keçirildiyi ölkələrin Almaniya, ABŞ və İraq olduğu qeyd olunub. Bu çərçivədə Almaniyaya 1 milyard 783 milyon, ABŞ-a isə 1 milyard 322 milyon və İraqa 1 milyard 91 milyon dollar məbləğində ixracın həyata keçirildiyi bildirilib.
Avqust ayında Avropa İttifaqı ölkələrinə 8 milyard 520, Yaxın və Orta Şərqə 3 milyard 814 milyon və Avropa ölkələrinə 3 milyard 463 milyon dollar ixrac həyata keçirilib.



Әlaqәli Xәbәrlәr