Səudiyyə Ərəbistanı: "Türk investorlara güvənirik"
Səudiyyə Ərəbistanının sənaye və mineral sərvətlər naziri Bəndər bin İbrahim əl-Hüreyf türk investorlara güvəndiklərini bildirib.
Səudiyyə Ərəbistanının sənaye və mineral sərvətlər naziri Bəndər bin İbrahim əl-Hüreyf türk investorlara güvəndiklərini bildirib.
Paytaxt Ankarada keçirilən Türkiye-Səudiyyə Ərəbistanı dəyirmi masadan sonra Hureyf mətbuat mənsublarına Türkiye səfərini dəyərləndirib.
Türkiyeyə səfərindən məmnunluğunu ifadə edən Hureyf iki ölkə arasında iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu və böyük irəliləyiş əldə etdiklərini bildirib.
Bu səfərin əsasən Səudiyyə Ərəbistanındakı investisiya imkanlarını, xüsusilə sənaye və mədənçıxarma sektorunu türk sərmayədarlara tanıtmaq məqsədi daşıdığını qeyd edən Hureyf “Türk sərmayədarlara güvənirik və Türkiyenin bu imkanlardan faydalanmasını ürəkdən ümid edirik” deyib.
Türkiye səfərinə İstanbulda başa vuracağını ifadə edən Hureyf "İki ölkə arasında əməkdaşlığın qurulmasına böyük əhəmiyyət veririk. İki ölkə arasında sənaye və mədənçilik sahəsində əməkdaşlığın tamamlanması üçün əlimizdən gələni edəcəyik" ifadəsini işlədib.
Әlaqәli Xәbәrlәr
İstanbulu 2024-cü ilin ilk üç ayında üç milyondan çox turist ziyarət edib
İstanbula gələn əcnəbi turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 8,22 faiz artıb.