7 ayda Antalyaya ən çox turist Rusiya və Almaniyadan gəlib

Dünyanın hər yerindən turistləri özünə cəlb edən şəhərdə turizm aktivliyi artmaqda davam edir.

2018908
7 ayda Antalyaya ən çox turist Rusiya və Almaniyadan gəlib

Dünyanın hər yerindən turistləri özünə cəlb edən şəhərdə turizm aktivliyi artmaqda davam edir.

Antalya Vilayət Mədəniyyət və Turizm Müdirliyindən verilən məlumata görə, 1 yanvar - 31 iyul tarixləri arasında hava yolu ilə Antalyaya gələn xarici turistlərin sayı 8 milyon 184 min 89 olub. Bu turist sayı bütün zamanların ən yaxşı 7 aylıq dövrü kimi tarixə düşdü.

Keçən ilin müvafiq dövründə 6 milyon 688 min 513 turisti qəbul edən şəhərdə cari il turist sayında 22 faiz artım olub.

Ən çox turist göndərən ölkələrin sırasında isə 1 milyon 853 min 879 turistlə Rusiya birinci yerdədir. Rusiyanı 1 milyon 638 min 603 turistlə Almaniya, 716 min 991 turistlə İngiltərə izləyib. İlk onluqda müvafiq olaraq Polşa, Hollandiya, Qazaxıstan, Rumıniya, İsrail, Çexiya və Ukrayna yer alıb.

İyul ayında şəhəri hava yolu ilə 2 milyon 660 min 420 nəfər ziyarət edib. Ötən illə müqayisədə turistlərin sayı 11 faiz artıb. Antalya hava yolu ilə gələn turistlərin sayına görə bütün zamanların ən yaxşı iyul göstəricilərinə çatıb.


Etiketlәr: #turist , #Antalya

Әlaqәli Xәbәrlәr