“Avtovaz” məhbusları da işə götürməyi planlaşdırır

Rusiyanın Samara Federal Həbsxana Xidmətindən verilən yazılı məlumata görə...

1999887
“Avtovaz” məhbusları da işə götürməyi planlaşdırır

 

  Rusiyanın avtomobil istehsalçısı “Avtovaz” işçi qüvvəsi çatışmazlığını doldurmaq üçün məcburi əməyə məhkum edilmiş məhbusları işə götürməyi planlaşdırır.

  Rusiyanın Samara Federal Həbsxana Xidmətindən verilən yazılı məlumata görə, “Avtovaz” zavodunun rəsmiləri ilə görüş keçirilib. “Avtovaz” istehsalı sentyabr ayına qədər 28, yanvar ayına qədər isə 40 faiz artırmağı planlaşdırır. İclasda məcburi əməyə məhkum edilmiş məhbusların işlə təmin olunması müzakirə edilib. Rayonun əmək bazarındakı ağır vəziyyətlə əlaqədar “Avtovaz” zavodu Samara Federal Həbsxana Xidmətindən məcburi əməyə məhkum edilmiş məhbusların işlə təmin olunması ilə bağlı dəstək istəyib.

  Qeyd edək ki, Rusiyada işsizlik 2023-cü ilin aprel ayında 3,3 faizə enərək tarixinin ən aşağı səviyyəsinə düşüb.

  Rusiya prezidenti Vladimir Putin aprel ayında verdiyi açıqlamada bəzi sektorlarda işçi tapmağın çox çətinləşdiyini bildirib.



Әlaqәli Xәbәrlәr