Türkiye cari il "Mavi bayraq" standardlarında dünya üçüncüsü oldu

Türkiye cari il "Mavi bayraq" (Blue Flag) standardlarında dünya üçüncüsü oldu.

1990290
Türkiye cari il "Mavi bayraq" standardlarında dünya üçüncüsü oldu

Türkiye cari il "Mavi bayraq" (Blue Flag) standardlarında dünya üçüncüsü oldu.

Beynəlxalq "Mavi bayraq" münsiflər heyəti "2023 Mavi bayraq" mükafatlarını elan edib.

Mərkəzi qərargahı Danimarkanın Kopenhagen şəhərində yerləşən Beynəlxalq Ətraf Mühit Təhsili Vəqfi (FEE) tərəfindən açıqlanan "Mavi bayraq" siyahısında Türkiye çimərliklərin sayına görə yenidən dünya üçüncüsü oldu.

Mavi bayraq Türkiyedə 551 çimərlik, 23 marina, 14 turizm gəmisi və 10 fərdi yaxtada dalğalanacaq.

Mavi bayraqlı ölkələr arasında birinci yeri İspaniya, ikinci yeri isə Yunanıstan tutub. Üçüncü yerdəki Türkiyeni İtaliya və Fransa izləyib.

Antalya Türkiyenin ən çox mavi bayraqlı çimərlikləri və turizm gəmiləri arasında birinci yerdədir. Antalyada 231 çimərlik, 5 marina və 14 turizm gəmisi mavi bayraqlıdır.

Muğla şəhəri isə Türkiyenin ən çox mavi bayraqlı marinasına malik turizm şəhəridir. Siyahıda 110 çimərliyi, 7 marina və 4 mavi bayraqlı fərdi yaxtası ilə Muğla ikinci yerdədir.

İzmir 63 çimərlik və 4 marina ilə 3-cü, Balıkesir 46 çimərlik, 1 marina və 6 fərdi yaxta ilə 4-cü, Aydın 35 çimərlik və 2 marina ilə 5-ci yerdədir.

Bu vilayətləri sırasıyla Samsun, Çanaqqala, Mersin, Kocaeli, Tekirdağ, Bartın, Kırklareli, Ordu, Bursa, Zonguldak, İstanbul, Sakarya, Düzce, Van, Ədirnə və Yalova izləyir.



Әlaqәli Xәbәrlәr