Türkiye ilin ilk rübündə bütün zamanların ən yüksək ixracını həyata keçirib

Türkiye ilin ilk rübündə Almaniyaya 4 milyard 876 milyon dollar məbləğində ixrac həyata keçirib.

1973824
Türkiye ilin ilk rübündə bütün zamanların ən yüksək ixracını həyata keçirib

Türkiye ilin ilk rübündə Almaniyaya 4 milyard 876 milyon dollar məbləğində ixrac həyata keçirib.
Türkiye İxracatçılar Məclisinin (TİM) məlumatına görə, Türkiye ilin ilk rübündə Almaniyaya bütün zamanların ən yüksək ixracını həyata keçirib. Türkiye bu ixracdan 4 milyard  876 milyon dollar gəlir əldə edib.
Türkiyenin 2023-cü ilin ilk rübündə Almaniyaya həyata keçirdiyi ixrac keçən ilin eyni dövrü ilə müqayisədə 0,4 artıb.
Beləliklə, Almaniya Türkiyenin ən çox ixrac həyata keçirdiyi ölkə mövqeyində olmağa davam etdi.
Sözügedən dövrdə Amerika Birləşmiş Ştatlarına 2 milyard 965 milyon dollar, İtaliyaya 2 milyard 903 milyon dollar, Böyük Britaniyaya  2 milyard 760 milyon dollar və Fransaya 2 milyard 483 milyon dollar məbləğində ixrac həyata keçirilib.


Etiketlәr: #ixrac , #Almaniya , #Türkiye

Әlaqәli Xәbәrlәr