Mart ayında bütün zamanların ən yüksək aylıq ixracı reallaşıb

Türkiyedə mart ayında 4,4 faiz artımla bütün zamanların ən yüksək aylıq ixracı reallaşıb.

1969681
Mart ayında bütün zamanların ən yüksək aylıq ixracı reallaşıb

Türkiyedə mart ayında 4,4 faiz artımla bütün zamanların ən yüksək aylıq ixracı reallaşıb.

Ticarət naziri Mehmet Muş nazirlikdə keçirdiyi mətbuat konfransında mart ayı xarici ticarət rəqəmlərini açıqlayıb.

Nazir M.Muş 6 fevralda Kahramanmaraş mərkəzli zəlzələnin istehsal və tədarükdəki mənfi təsirlərinə baxmayaraq, mart ayında ixracatın 4,4 faiz artaraq 23,6 milyard dollara çatdığını ifadə edib.

"Bu rəqəm bütün zamanların ən yüksək aylıq ixrac göstəricisidir. Avro-dollar paritetinin ixracımızı 340 milyon dollar azaltmasına baxmayaraq, bu uğura nail olduğumuzu vurğulamaq istərdim", -deyə nazir qeyd edib.

Mehmet M.Muş 2023-cü ilin ilk rübündə ixracın 2,5 faiz artaraq 61,6 milyard dollara çatdığını söyləyib.



Әlaqәli Xәbәrlәr