Liviya və İtaliya Aralıq dənizində təbii qazla bağlı müqavilə imzaladılar

Liviya və İtaliya Aralıq dənizində təbii qaz sahəsində əməkdaşlığı əhatə edən 8 milyard avro dəyərində müqavilə imzaladılar

1939180
Liviya və İtaliya Aralıq dənizində təbii qazla bağlı müqavilə imzaladılar

 

  Liviya və İtaliya Aralıq dənizində təbii qaz sahəsində əməkdaşlığı əhatə edən 8 milyard avro dəyərində müqavilə imzaladılar.

  Paytaxt Tripolidə keçirilən imza mərasimində Liviya Milli Birlik Hökumətinin baş naziri Əbdülhəmid Dibeybe, İtaliyanın baş naziri Corciya (Giorgia) Meloni, İtaliyanın qaz şirkəti ENİ-n prezidenti Klaudio Desvalzi və Liviya Milli Neft Şirkətinin (NOC) prezidenti Fərhad Ömər ibn Kıdara iştirak edib.

  F.Ö.Kıdara müqavilənin 8 milyard avro dəyərində olduğunu və 3 il müddətində qüvvədə olacağını bildirib.

  Razılaşmada bölgə ölkələrinin Aralıq dənizindəki kəşfiyyat fəaliyyətləri nəzərə alınır, Avropa İttifaqı ölkələrinin enerji resurslarına zəmanət verilir.



Әlaqәli Xәbәrlәr