“THY 2023-cü ili rekordlarla da başa vuracaq”, R.T.Ərdoğan

Antaliyada keçirilən THY zirvə toplantısına video-təbrik göndərən R.T.Ərdoğan deyib...

1934518
“THY 2023-cü ili rekordlarla da başa vuracaq”, R.T.Ərdoğan

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Hava Yollarının (THY) rekordlarla girdiyi 2023-cü ili rekordlarla da başa vuracağına ümid etdiyini söylədi.

  Antaliyada keçirilən THY zirvə toplantısına video-təbrik göndərən R.T.Ərdoğan deyib: “Dünya son 3 ildə koronavirus epidemiyası ilə başlayan və bölgədəki qaynar qarşıdurmalarla davam edən ağrılı bir proses yaşadı. Aviasiya bu prosesdən ən çox təsirlənən sektorlardan biri oldu.

  Türkiyə epidemiyanın sağlamlıq aspektini uğurla idarə etdi. Hava nəqliyyatı və yük daşımalarında da eyni uğura imza atdı.

  THY epidemiya zamanı vaxtında aldığı tədbirlər və tətbiq etdiyi yenilikçi təcrübələr sayəsində böhrandan ən az zərərlə çıxdı.

  2021-ci il Türkiyədə yaraların sağaldığı il kimi qeyd edildi. 2022-ci ildə isə aviasiyada rekordlar qırıldı. Ölkənin hava limanlarında, xüsusilə İstanbul və Antaliyada sərnişinlərin sayı bunu açıq şəkildə göstərir.

  THY olaraq son 20 ildə qanadlarınızı 5 qitədə 129 ölkəyə genişləndirdiniz və ölkəmizin ən dəyərli brendi oldunuz. “Dünyanın ən dəyərli 10 hava yolu şirkəti" sırasına daxil edilməklə hamımızı qürurlandırdınız. Mən sizin hər birinizi əmək və zəhmətlərinizə görə təbrik edirəm. Kabin və kokpit heyətlərindən tutmuş texniki, satış qrupları və ofis işçilərinə qədər bütün THY ailəsinə uğurlar arzulayıram. Ümid edirəm ki, sizin səylərinizlə rekordlarla girdiyimiz 2023-cü ili rekordlarla da tamamlayacağıq”.



Әlaqәli Xәbәrlәr