“Fatih”, “Yavuz” və “Kanuni” Qara, “Abdülhamid Han” isə Aralıq dənizlərində

TPAO-nun “Twitter” hesabında yazılır...

1920327
“Fatih”, “Yavuz” və “Kanuni” Qara, “Abdülhamid Han” isə Aralıq dənizlərində

 

  Türkiyə Neft Şirkəti - TPAO 4 yerli qazma gəmisinin eyni vaxtda növbətçi olduğunu bildirib.

  TPAO-nun “Twitter” hesabında yazılır: “Fatih”, “Yavuz” və “Kanuni” qazma gəmiləri Qara dənizdə, “Abdülhamid Han” isə Aralıq dənizində növbətçidir. "Fatih” gəmisi “Türkali-11” quyusunda qazma əməliyyatına başladı. “Yavuz” “Türkali-12” quyusunda qaz axını sınaqlarını davam etdirir. “Kanuni” “Türkali-10” yarım tamamlama əməliyyatı aparır. Aralıq dənizindəki “Abdülhamid Han” qazma gəmisi isə “Taşucu-1” quyusunda işlərini sürdürür. Dənizlərimizdəki fəaliyyətlərimiz tam sürətlə davam edir."



Әlaqәli Xәbәrlәr