Türkiyenin boğazlarından keçəcək neft gəmiləri

Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsinin sosial media hesabından Türkiye boğazlarından təsdiq məktubu təqdim edərək keçən xam neft yüklü gəmilərlə bağlı açıqlamalar verilib.

1917618
Türkiyenin boğazlarından keçəcək neft gəmiləri

Qara dəniz istiqamətindən Türkiye boğazlarını keçmək istəyən 24 xam neft tankerindən səkkizi tələb olunan məlumatları ehtiva edən P&I sığortasının etibarlı olduğunu təsdiq edən məktubu təqdim edərək İstanbul boğazını keçib..

Nəqliyyat və İnfrastruktur Nazirliyinin Dənizçilik Baş İdarəsinin sosial media hesabından Türkiye boğazlarından təsdiq məktubu təqdim edərək keçən xam neft yüklü gəmilərlə bağlı açıqlamalar verilib.

Açıqlamada lazımi prosedurları tamamlayan tankerlərin keçməsinə icazə verildiyi bildirilib:

“Dekabrın 1-dən sonra Qara dəniz istiqamətindən Türkiye boğazlarını keçmək istəyən 24 xam neft tankerindən 8-i tələb etdiyimiz məlumatları ehtiva edən P&I sığortasının etibarlı olduğunu təsdiq edən məktubu təqdim edərək Boğaziçi boğazından keçməsini tamamladı. Onlar keçid planına daxil edilib və sabah (12 dekabr) boğazdan keçəcəyi gözlənilir. 

Açıqlamada qeyd olunub ki, qalan 12 xam neft tankeri hələ də müvafiq təsdiq məktubu təqdim etmədikləri üçün gözləməyə davam edir.

Dekabrın 1-dən bəri lazımi təsdiq məktubu təqdim etməyən 12 xam neft tankerindən 9-u Avropa İttifaqının sərhədlərindədir. Bu gəmilərdən 8-i Yunanıstana, 3-ü isə Honq-Konqa məxsusdur". 

Qeyd edək ki, ingilis dilində Protecting və Indemnity (kompensasiya) sözlərinin baş hərflərindən ibarət P&I; Türkiye boğazlarında gəmilərin ətraf mühitə, quruda və dənizdə başqalarının əmlakına dəyən maddi ziyan, digər gəmilərə dəyən maddi ziyan, hətta üçüncü şəxslərə dəyən fiziki zərər və gəminin qəzaya uğramasının aradan qaldırılmasında icbari sığortadır.



Әlaqәli Xәbәrlәr