“Abdülhamid Han” Aralıq dənizində qazma işlərinə start verdi

Türkiyə Neft Şirkəti (TPAO) “twitter” hesabında paylaşıb...

1914922
“Abdülhamid Han” Aralıq dənizində qazma işlərinə start verdi

 

  “Abdülhamid Han” qazma gəmisi Aralıq dənizində “Taşucu-1” quyusunda qazma işlərinə başladı. Bu barədə Türkiyə Neft Şirkəti (TPAO) “twitter” hesabında paylaşıb: "Abdülhamid Han” Aralıq dənizindəki Taşucu-1 quyusunda qazma işlərinə başladı. Müstəqil enerji, güclü Türkiyə hədəfi ilə işlərimizi davam etdiririk".

  Qeyd edək ki, “Abdülhamid Han” Türkiyənin “Fatih”, “Kanuni” və “Yavuz”dan sonra dördüncü qazma gəmisidir.

  Yeddinci nəsil texnologiyaya malik gəminin uzunluğu 238, eni 42 metrdir. Qoşa qülləsi və 200 nəfərlik heyəti var. Gəmi 12.200 metrə qədər qazma qabiliyyəti ilə seçilir.



Әlaqәli Xәbәrlәr