İstehlakçı güvən indeksi iyul ayında artıb

İstehlakçı güvən indeksində iyul ayında 7,4% artım qeydə alınıb.

1857241
İstehlakçı güvən indeksi iyul ayında artıb

Türkiyə Respublikası Dövlət Statistika Komitəsi iyul ayı istehlakçı güvən indeksi hesabatını  açıqlayıb.

Hesabata görə mövsümi təsirlərdən təmizlənmiş istehlakçı güvən indeksi iyul ayında əvvəlki ayla müqayisədə 7,4% artıb. İyun ayında 63,4 olan indeks iyulda 68 olaraq qeyd edilib. Cari dövrdə ev təsərrüfatlarının maliyyə vəziyyəti indeksi iyunda 44,5 olduqda, iyulda 4,2%  artaraq 46,4 faizə çatıb.

 



Әlaqәli Xәbәrlәr