Fransa ilə Birləşmiş Ərəb Əmirlikləri arasında enerji sazişi imzalandı

Fransa İqtisadiyyat Nazirliyindən verilən məlumata görə...

1856462
Fransa ilə Birləşmiş Ərəb Əmirlikləri arasında enerji sazişi imzalandı

 

  Fransa ilə Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında enerji sahəsində hərtərəfli strateji tərəfdaşlıq sazişi imzalanıb.

  Fransa İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, enerji sahəsində strateji tərəfdaşlıq sazişi BƏƏ prezidenti Məhəmməd ibn Zayed əl-Nəhyanın Fransaya rəsmi səfəri çərçivəsində paytaxt Parisdə imzalanıb.

  Müqavilədə iki ölkənin hidrogen, bərpa olunan enerji və nüvə enerjisi sahələrində birgə investisiya layihələrinin müəyyənləşdirilməsi məqsədi daşıdığı, yaşıl layihələrin maliyyələşdirilməsi üçün birgə fondun yaradılması imkanları qeyd edilir.

  Xatırladaq ki, BƏƏ 2021-ci ilin dekabrında 14 milyard avro qarşılığında Fransadan 80 ədəd “Rafale” qırıcı təyyarəsi almağa dair də müqavilə imzalayıb.

  Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron BƏƏ prezidenti əl-Nəhyanı Yelisey (Elysee) sarayında qəbul edib və həmkarına ölkənin ən yüksək fəxri adı olan “Legion d'Honneur” ordenini təqdim edib.



Әlaqәli Xәbәrlәr