“Şri-Lanka Rusiyadan neft almaq məcburiyyətində qala bilər”, R.Vikremesinqhe

Rusiya Şri-Lankaya buğda satmağı da təklif edib

1841788
“Şri-Lanka Rusiyadan neft almaq məcburiyyətində qala bilər”, R.Vikremesinqhe

 

  Şri-Lankanın Baş naziri Ranil Vikremesinqhe (Ranil Wickremesinghe) ölkədəki iqtisadi böhran səbəbindən Rusiyadan neft almaq məcburiyyətində qala biləcəklərini açıqlayıb.

  Fevralın 24-dən bəri Rusiyanın Ukraynaya qarşı davam edən hücumları ilə əlaqədar əksər Avropa ölkələri Rusiyadan neft alışını dayandırmaq qərarını açıqlasa da, Cənubi Asiya ölkəsi olan Şri-Lanka Rusiyadan neft almağa açıq olduğunu bəyan edib.

  Şri-Lankanın Baş naziri Ranil Vikremesinqhe deyib: "Başqa mənbələrdən neft ala bilsək, alacağıq. Əks halda, yenidən Rusiyaya gedə bilərik. Bununla belə, əsasən Körfəz ölkələrinə baxırıq. Rusiya Şri-Lankaya buğda satmağı da təklif edib”.



Әlaqәli Xәbәrlәr