Hindistan şəkər ixracına məhdudiyyət qoyur

Hindistan şəkər ixracının 10 milyon ton ilə məhdudlaşdırılması qərarına gəlib. Qərar İyunun birində qüvvəyə minəcək.

1832392
Hindistan şəkər ixracına məhdudiyyət qoyur

Yaxın keçmişdə buğda ixracına da məhdudiyyətlər qoyan Hindistan, şəkər ixracının 10 milyon tona qədər məhdudlaşdırılması qərarının ümumdünyada kəndtəsərrüfatı məhsulları istehsalının azalmasına baxmayaraq tələbatın artması səbəbindən daxili tələb və qiymət tarazlığını qorumaq üçün qəbul edildiyini açıqlayıb.

Hindistan rəsmilərinə görə 2022-ci ildə ölkədə 30 milyon ton şəkər istehsal ediləcək və daxili tələbat isə təxminən 28 milyon tona çatacaq. Sentyabr-noyabr aylarında keçiriləcək festivallar səbəbi ilə də şəkərə olan daxili tələbatın artacağı gözlənilir.

Qeyd edək ki, Hindistan Braziliyadan sonra ən çox şəkər istehsal edən və ixrac edən ölkə ölkədir.


 



Әlaqәli Xәbәrlәr