G7 ölkələrindən qlobal taxıl böhranı xəbərdarlığı

G7 Ukrayna-Rusiya müharibəsinin yoxsul ölkələri təhdid edən qlobal ərzaq və enerji böhranına səbəb olduğuna diqqət çəkərək Ukrayna anbarlarındakı təxminən 40 milyon ton taxıl ixracı üçün təcili həll yolunun tapılmalı olduğu barədə xəbərdarlıq edib

1826982
G7 ölkələrindən qlobal taxıl böhranı xəbərdarlığı

 

  G7 üzvləri (ən çox inkişaf etmiş iqtisadiyyata malik 7 dövlət) Ukrayna-Rusiya müharibəsinin yoxsul ölkələri təhdid edən qlobal ərzaq və enerji böhranına səbəb olduğuna diqqət çəkərək Ukrayna anbarlarındakı təxminən 40 milyon ton taxılın ixracı üçün təcili həll yolunun tapılmalı olduğu barədə xəbərdarlıq edib.

  Almaniya, ABŞ, Böyük Britaniya, Kanada, Fransa, İtaliya və Yaponiya xarici işlər nazirləri və Avropa İttifaqının (Aİ) xüsusi nümayəndəsinin Almaniyanın Şlezviq Holşteyn (Schleswig Holstein) əyalətindəki Vanqels (Wangels) şəhərində 3 günlük görüşündən sonra yayılan birgə bəyanatda müharibənin səbəb olduğu qlobal qida qıtlığını aradan qaldırmaq və atılacaq addımlar yazılıb.  

  Bəyanatda G7 xarici işlər nazirləri tərəfindən Rusiyanın Ukraynaya qarşı əsassız müharibəsi qətiyyətlə pislənilib, G7-nin Rusiyaya qarşı iqtisadi və siyasi təcridi artırmaq və Ukraynanı dəstəkləməyə davam etmək fikri vurğulanıb.

  Birgə bəyanatda yazılır: "Böyük yeddilik olaraq birlik və həmrəylik içində hərəkətə davam edərək Rusiyaya qarşı iqtisadi və siyasi təzyiqi daha da artırmaq əzmində olduğumuzu bir daha təkrar edirik.

  Rusiya-Ukrayna müharibəsi yaxın tarixin ən ağır qida və enerji böhranlarından birini yaradır. Bu böhran hal-hazırda daha çox yoxsul ölkələri təhdid edir. Ukrayna anbarlarındakı təxminən 40 milyon taxılın ixracat yolları təcili açılmalıdır.

  Böyük yeddilik olaraq biz qlobal ərzaq təhlükəsizliyini qorumaq üçün koordinasiya edilmiş çoxtərəfli cavabları sürətləndirmək və bu məsələdə ən həssas tərəfdaşlarımızın yanında olmaq əzmindəyik”.

  Eyni zamanda, G-7 ölkələri Çini Ukraynanın müstəqilliyini dəstəkləməyə və Rusiyanın Ukraynaya hücumlarında beynəlxalq sanksiyaları zəiflətməkdə Rusiyaya kömək etməməyə çağırıb.



Әlaqәli Xәbәrlәr