BBC World News Türkiyənin kənd təsərüfatı məhsulları tanıdır

Türkiyə İxracatçılar Məclisi (TİM) Türkiyənin ixrac məhsulları və sektorlarının  ümumdünyada tanıdılması üçün BBC World News ilə əməkdaşlıq  etdiyini bildirib.

1775308
BBC World News Türkiyənin kənd təsərüfatı məhsulları tanıdır

TİM-dən yayılan açıqlamaya görə, Avropa, Şimali Amerika, Latın Amerikası, Afrika, Asiya, Sakit Okean, Yaxın Şərq və Cənubi Asiyada 1 milyarda yaxın izləyicisi olan BBC World News-un işçi qrupu qida və kənd təsərrüfatı, tekstil və zərgərlik, innovasiya və texnologiya ilə əlaqəli 3 sənədli film hazırlayıb. Filmin tekstil və zərgərlik sənayesinin  təqdimatına dair hissəsi 1 milyard izləyiciyə çatdırılıb. Qida və kənd təsərrüfatı sektorunun izah edildiyi ikinci  hissə fevralın əvvəlində BBC World News auditoriyası ilə görüşüb. Tanıtım filmində qurudulmuş-təzə meyvə, zeytun-zeytun yağı, taxıl-paxlalı və fındıq sektorları diqqət mərkəzində olarkən, təzə kişmiş, albalı, əncir, pomidor, xiyar, ərik kimi məhsullar da iştirak edir. Türkiyənin qida və kənd təsərrüfatı sektoru 2021-ci ildə 22,5 milyard dollarlıq ixrac ilə dünyada əhəmiyyətli tədarikçi  mövqeyə sahib olduğunu göstərdi. Dünyanın ən böyük fındıq, təzə və qurudulmuş əncir, ərik, üzüm və bulqur istehsalçısı olan Türkiyə dünyanın 150 ölkəsinə fındıq ixrac edir.



Әlaqәli Xәbәrlәr