Avropanın ilk və yeganə karbon-neqativ biorefiner zavodu İstanbulda

Avropanın ilk və yeganə karbon-neqativ biorefiner zavodu İstanbulun Kilyos rayonunda yerləşən Boğaziçi Universitetinin Sarıtəpə korpusunda açıldı

1759170
Avropanın ilk və yeganə karbon-neqativ biorefiner zavodu İstanbulda
mustafa vaank yosun biyorafineri.jpg
mustafa vaank yosun biyorafineri.jpg
mustafa vaank yosun biyorafineri.jpg

 

  Avropanın ilk və yeganə karbon-neqativ biorefiner zavodu İstanbulun Kilyos rayonunda yerləşən Boğaziçi Universitetinin Sarıtəpə korpusunda açıldı.

  Mərasimdə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank ilə Enerji və təbii qaynaqlar naziri Fateh Dönməz iştirak ediblər.

  Tədbirdə çıxış edən M.Varank qurulan zavodun dünyada yosun bioteknologiyası əsasında elmi araşdırmalar aparan mühüm mərkəz olduğunu vurğulayaraq deyib: “Müəssisədə istehsal olunan bioyanacaq sayəsində enerji ehtiyacının əhəmiyyətli hissəsi qənaətli və təhlükəsiz şəkildə qarşılanaq. Təyyarələrdə bioyanacağın istifadəsi ilə bağlı işlər davam edir. Bioyanacaq sayəsində enerji ehtiyacının mühüm hissəsi uyğun xərcli olacaq. "Spirulina" adı verilən yosunlarla insanın zülal ehtiyacını qarşılamağa yönəlik məhsul da istehsal edilib. Balıq yağı kimi tanıdığımız “Omega-3” yağ turşuları da tamamilə yosun qaynaqlı olaraq bu zavodda çıxarılacaq. Burada inkişaf etdirilib istehsal olunan yem və gübrə vasitəsiylə həm də kənd təsərrüfatına böyük dəstək veriləcək. Eləcə də yosunlardan alınan biojet yanacağı reaktiv mühərrikdə test olunub”.

  Nazirlər jurnalist və tədbirə gələnlərə yosunlardan əldə olunan tort, keks və şokolad tədqim ediblər.



Әlaqәli Xәbәrlәr