Türkiyənin fındıq ixracında tarixi rekord

2021-ci ildə Türkiyədən 122 ölkəyə 344 min 370 ton fındıq ixrac edilərək, 2 milyard 260 milyon 105 min 304 dollar gəlir əldə edilib.

1756868
Türkiyənin fındıq ixracında tarixi rekord

2021-ci ildə Türkiyədən 122 ölkəyə 344 min 370 ton fındıq ixrac edilərək, 2 milyard 260 milyon 105 min 304 dollar gəlir əldə edilib.

Qara dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyi açıqlamasında 344 min 370 ton ixracla Cümhuriyyət tarixinin ən yüksək səviyyəsinə çataraq yeni bir rekordun qırıldığını vurğulayıb.

Davam edən 2021-2022 fındıq ixracı mövsümünə də toxunulan açıqlamada qeyd edilib:

"2021-22 ixrac mövsümünün 1 sentyabr - 31 dekabr 2021-ci il dövründə 158 min 465 ton müqabilində 981 milyon 190 min 866 dollarlıq fındıq ixracı həyata keçirilib. 2021-22 mövsümünün sonunda bu, 350 min tonu keçərək yeni rekorda çatmaq hədəflənir."



Әlaqәli Xәbәrlәr